Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı

Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
Dünya 27

ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam etdirir və xəstəlik onun fiziki vəziyyətinə ciddi təsir göstərib.

BAKU.WS xəbər verir ki, bu barədə The Washington Post nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Evi tərk etdikdən sonra Bayden əsasən ailə üzvləri, yaxın dostları və uzun illərdir birlikdə çalışdığı köməkçilərinin əhatəsində yaşayır. Mənbələrin sözlərinə görə, müalicə müəyyən nəticə versə də, xəstəlik və terapiyanın təsirləri onun əvvəlki fiziki gücünü xeyli zəiflədib.

Nəşr yazır ki, son 18 ay ərzində sabiq prezident vaxtının böyük hissəsini müalicəyə, qalanını isə ailəsinə və siyasi irsinin formalaşdırılmasına sərf edib. Bildirilir ki, Bayden əvvəlki ABŞ prezidentlərindən fərqli olaraq geniş ictimai fəaliyyət göstərmir, böyük xeyriyyə və ya siyasi fond yaratmayıb, həmçinin prezident kitabxanası üçün vəsait toplama prosesinə də başlamayıb.

Məlumata əsasən, Baydenin xatirələr kitabının noyabrın 17-də nəşr olunması planlaşdırılır. Lakin onun yaxın çevrəsində olan bəzi şəxslər həmin dövrdə səhhətindəki problemlərin daha aydın hiss olunacağından narahatdırlar.

Qeyd edək ki, daha əvvəl Co Baydenin həyat yoldaşı Cill Bayden keçirdiyi açıqlamada xərçəngin sümüklərə metastaz verdiyini bildirmiş və sabiq prezidentin ömrünün sonunadək bu xəstəliklə yaşayacağını demişdi. Onun sözlərinə görə, Bayden hazırda müalicəsini davam etdirir və vəziyyətini sabit saxlaya bilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər