Barış Mançonun 80 yaşlı bacısı İnci dəfn edildi
Mərhum müğənni Barış Mançonun iki gün əvvəl vəfat edən bacısı İnci Manço dəfn edilib.
BAKU.WS xəbər verir ki, bu gün onunla vida mərasimi keçirilib. İnci Manço İlbayın cənazəsi Üsküdarda Şakirin məscidində qılınan namazdan sonra Karacaahmet ailə məzarlığına aparılıb. O orada torpağa tapşırılıb.
80 yaşında vəfat edən İnci, Barış Mançonun yeganə bacısı olub.
Sənətçinin oğlu Doğukan Manço onun vəfatına görə kədərləndiyini bildirib:
"O, ailəmizin sonuncu yaşlı üzvü idi. Ona görə də nəyisə soruşmaq istəsək, ondan soruşardıq. Hər şey ola bilər. Bir şeyin doğruluğunu bilmək istədiyimiz zaman ona müraciət edirdik. Ölümündən bir neçə ay əvvəl, biz onunla 300 saatlıq müsahibə aparmışdıq. Bizə hər şeyi danışdı, yol göstərdi. Ailəmizə çox dəyər verən bir şəxsi itirdiyimiz üçün kədərlənirik. Bu gün məsləhətləşmək istəsək, kimə müraciət edək, bilmirik... O adam artıq aramızda yoxdur".
Məlumat üçün bildirək ki, İnci iki gün əvvəl səhər saatlarında infarkt keçirib. O xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Barış Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.
Oxşar xəbərlər
Avtobus TIR-a çırpıldı: 6 ölü, 11 yaralının olduğu qəzanın GÖRÜNTÜLƏRİ
Türkiyənin Osmaniye şəhərində dəhşətli yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, hadisə şəhırin Bahçe rayonunda qeydə alınıb. İçərisində sərnişinlər olan a...