Bakıda COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?
Dosye Foto
Dünya 1540

Məşhur ingilis aktyor Teo Ceyms hazırda Bakının qonağıdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olan aktyor COP29-da iştirak etmək üçün paytaxtdadır. O BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) "İqlim fəaliyyəti üçün qaçqınlar" şəbəkəsinin təqdimat mərasimində iştirak edib.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Bakıya gələn Teo sakinlərin marağına səbəb olub. Bir çox sosial platformaların Azərbaycan seqmentində onun video və fotoları paylaşılıb. Bu da öz növbəsində aktyorun şəxsi həyatı və karyerası ilə bağlı məlumatları gündəmə gətirib.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

BAKU.WS COP29-a görə Bakıya təşrif buyuran Teo Ceyms haqqında bəzi faktları təqdim edir:

Əsl adı Teo Taptiklis olan Teo Ceyms 1984-cü il dekabrın 6-da İngiltərənin "High Wycombe" qəsəbəsində doğulub.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Onun anası Ceyn Martin Milli Səhiyyə Xidmətində çalışıb. Atası isə Flip Aptiklis isə biznes məsləhətçi işləyib.

Teonun özündən böyük iki qardaşı və iki bacısı var. Onun atasının babası yunan olub.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Teo "Aylesbury Gramer" məktəbini bitirdikdən sonra Nottingham universitetinin məzunu olub. Aktyor burada fəlsəfə üzrə Ali təhsil alıb.

Ceyms həmçinin 2012-ci ildə dağılan Londonda fəaliyyət göstərən "Shere Khan" qrupunun müğənnisi və gitaraçısı idi.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Aktyor 2014-cü ildə "Divergent" adlı ekran işində çəkilib. Teo orada Şeylin Vudli və Keyt Uinslet kimi aktrisalarla tərəf müqabili olub.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Teonun rol aldığı ekran işləri arasında "Golden Boy", "Underworld : Awakening", "You Will Meet A Tall Dark Stranger", "The Inbetweeners Movie" "Archive", "The Monkey", "The Secret Scripture", "Lying and Stealing" kimi filmlər də var.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Ceyms "A Passionate Woman", "Downton Abbey", "Golden Boy", "The Gentlemen", "X-Men "97", "Sanditon", "Case Sensitive" kimi seriallarda da müxtəlif rolları canlandırıb.

O irlandiyalı aktrisa Rut Kerni ilə evlidir. Onların iki övladı var.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Aktyor ailəsi ilə vaxtını Kaliforniyada və Londonda keçirir.

O 2015-ci ildə "Hugo Boss" adlı ətir brendinin reklam çarxlarında çəkilməyə başlayıb. Hətta brendin əsas simasıdır.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Aktyor 2016-cı ilin iyununda Ceyms Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana səfər edib və burada suriyalı qaçqınlarla görüşüb.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

O, bundan sonra qaçqınların hüquqlarının müdafiəçisi olub və Suriyada vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanlara humanitar yardım göstərilməsinə dair çağırışlar edib.

Bakıda  COP29-da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?

Son xəbərlər