Avstraliyada təyyarə qəzası: PİLOT ÖLDÜ
15
apr
2025
15:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyanın Yeni Cənubi Uels ştatının şimal-qərbində baş verən təyyarə qəzasında pilot həyatını itirib.
BAKU.WS xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, hadisə bu səhər White Cliffs qəsəbəsindəki uçuş zolağında qeydə alınıb. Təxminən saat 07:15 radələrində qəza barədə təcili yardım xidmətlərinə məlumat verilib və əraziyə operativ qruplar cəlb olunub.
Kiçik tipli təyyarənin pilotu hadisə yerində keçinib. Pilotun şəxsiyyəti hələlik rəsmi şəkildə müəyyənləşdirilməyib. İlkin araşdırmalara əsasən, təyyarədə yalnız pilot olub.
Oxşar xəbərlər
Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb
"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nasraui Barselonanın hava limanında insident törədib. BAKU.WS xəbər verir ki, bu barə...