Avropadan İrana böyük zərbə

Avropadan İrana böyük zərbə
Video
Dünya 38

Yanvarın 29-da Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib. Aİ Şurasının 27 üzv dövlətinin xarici işlər nazirləri qərarı yekdilliklə təsdiqləyiblər.

Bu barədə "Azad İran" "YouTube" kanalının son analitik materialında məlumat verilib.

Aİ əvvəllər "Əl-Qaidə", İŞİD və HƏMAS kimi silahlı qrupları bu siyahıya daxil edib. Siyahıdan irəli gələn hüquqi nəticələr bütün Aİ üzv dövlətləri üçün məcburidir.

SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına əlavə edilməsi məsələsi İranda xalq etirazlarının qəddarcasına yatırılmasından və SEPAH-ın törədilən cinayətlərdəki rolunun aydınlaşdırılmasından sonra gündəmə gəlib.

Eyni zamanda, Aİ İranda insan haqlarının ciddi şəkildə pozulmasında məsul olan 15 şəxsə və 6 təşkilata qarşı sanksiyalar tətbiq etməyə qərar verib. Bu tədbirlər dinc etirazların zorakılıqla yatırılması, o cümlədən təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı zorakılıq, özbaşına həbslər səbəbindən tətbiq edilib.

Sanksiya siyahısına İranın hüquq-mühafizə orqanlarının çoxsaylı üzvləri, o cümlədən daxili işlər naziri İsgəndər Mömini, baş prokuror Məhəmməd Müvahidi Azad və İnqilab Məhkəməsinin hakimi İman Əfşari daxildir.

Son xəbərlər