Avropa Komissiyası "Temu"nu cərimələdi
Avropa Komissiyası (AK) Çinin onlayn ticarət platforması olan "Temu"ya 200 milyon avro məbləğində cərimə tətbiq edib. Qurumun açıqlamasında qeyd edilib ki, platformada zəhərli uşaq oyuncaqları və təhlükəsizlik yoxlamasından keçməmiş enerji adapterləri satışa çıxarılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Avropa icra orqanının mətbuat xidməti bəyanat yayıb:
"Seçilmiş enerji adapterlərinin çox böyük hissəsi əsas təhlükəsizlik yoxlamalarından keçə bilməyib, uşaq oyuncaqlarının isə yüksək faizi icazə verilən kimyəvi maddə konsentrasiyalarının aşılması səbəbindən orta və yüksək səviyyəli təhlükə yaradıb".
AK-nın iddialarına əsasən, platformada satılan oyuncaqlar təkcə təhlükəli miqdarda kimyəvi maddələr ehtiva etməyib, həm də uşaqların boğulmasına səbəb ola biləcək çoxsaylı sökülən hissələrə malik olub. Platformanın sahibləri həmçinin resursun dizayn və alqoritmlərinin "təhlükəli malları" təşviq etməsinə görə ittiham olunublar. AK onlayn mağazaya pozuntuların aradan qaldırılması üzrə planı təqdim etmək üçün avqustun 28-dək qədər müddət verib. Bundan sonra AK iki ay ərzində cərimənin ödənilməsi ilə bağlı yekun qərar çıxaracaq.
Oxşar xəbərlər
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yenilənmiş məl...