Avropa İttifaqı İranın dron və raket istehsalını məhdudlaşdırmaq istəyir
20
yan
2026
22:35
"Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar hazırlayır. Dron və raket istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətləri qoyulur".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas İrandakı vəziyyətlə bağlı Avropa Parlamentindəki dinləmələr zamanı bildirib.
"Etirazların sərt şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar təklif edirik", - deyə o bəyan edib.
Kallas, həmçinin Avropa Komissiyasının və Aİ diplomatik xidmətinin İrandakı etirazların iştirakçılarını dəstəkləmək niyyətində olduğunu qeyd edib.
Oxşar xəbərlər
İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı mümkün yeni qarşıdurma ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, Rezai...