"Arka Sokaklar"ın da olduğu 4 seriala cərimə və cəza tətbiq edildi - SƏBƏB...
Türkiyədə Radio və Televiziya Şurası (RTÜK) 4 baxımlı seriala və kanala cəza tətbiq edib.
BAKU.WS xəbər verir ki, yayım qaydalarına riayət etmədiyi üçün "Sahipsizler", "Yabani", "Deha" və "Arka Sokaklar" seriallarına qadağa tətbiq edilib.
Şura "Sahipsizler"in yayımlandığı Star TV-yə, "Yabani"nin yayımlandığı NOW TV-yə və "Deha"nın yayımlandığı Show TV-yə sözügedən serialların yayımının 2 bölüm dayandırması barədə qərar verib.
"Arka Sokaklar"ın yayımlandığı "Kanal D"yə isə həm cərimə, həm də 2 bölümün dayandırılması cəzası tətbiq edilib.
Buna səbəb sonuncu bölümdə azyaşlı qızların evləndirilməsi mövzusuna yer verilməsi olub.
Qalereya
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...