Apple süni intellektə görə məhkəməyə verildi

ABŞ-də Apple süni intellekt (AI) xüsusiyyətlərinə görə məhkəməyə verilib.
BAKU.WS xəbər verir ku, bu barədə Axios nəşri məlumat yayıb.
İddia Clarkson Hüquq Firması tərəfindən Kaliforniya ştatının San Xose şəhərindəki məhkəmədə qaldırılıb. Apple-ın süni intellekt xüsusiyyətlərini reklam etdiyini iddia edilib, lakin onlar yalnız qismən mövcuddur və ya bu cihazlarda ümumiyyətlə mövcud deyil. Nümunə olaraq, iddiaçılar Apple Intelligence dəstəyi ilə irəli sürülən iPhone 16 seriyalı smartfonları göstəriblər, lakin təqdimat zamanı telefonlar süni intellektsiz olub.
İstehlakçılar həmçinin Apple Intelligence-in aktrisa Bella Ramsinin yer aldığı reklamını qeyd ediblər. Orada şirkət istifadəçinin tamamilə iPhone-un süni intellekt xüsusiyyətlərinə arxalanaraq görüşə necə hazırlaşa biləcəyini göstərib. İddiaçıların fikrincə, İT nəhənginin reklamı istehlakçılarda "iPhone-un buraxılması ilə inqilabi xüsusiyyətlərin mövcud olacağına dair aydın və əsaslı gözləntilər yaradıb".
Apple həqiqətən də öz cihazlarında süni intellekt xidmətlərinin buraxılmasını gecikdirib – hətta indi də Apple Intelligence funksiyaları məhdud sayda ölkədə mövcuddur.
Oxşar xəbərlər
Putin Alyaskada Trampla nəyi müzakirə etdiyini AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin "Valday Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən sammitin detalları...
