Apple-dan qulaqlıqlarla bağlı YENİLİK - Baş hərəkəti və üz ifadələri ilə…
"Apple" şirkəti lazer skan etmə funksiyası ilə təchiz edilmiş qulaqlıqlar ixtira edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Appleinsider" məlumat yayıb.
Belə ki, ABŞ Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) məlumat bazasında yeni "Apple" patenti tapılıb. Bu, lazer skan sistemi ilə təchiz edilmiş simsiz qulaqlıqları təsvir edir. Qulaqlıq müxtəlif məlumatların toplanması üçün lazımdır - ilk növbədə jestlər və hərəkətlər.
Qeyd olunub ki, "Apple" yeni texnologiyanın köməyi ilə şirkət jestlərdən istifadə edərək cihazları idarə etmək üçün mexanik yaratmaq niyyətindədir. Beləliklə, artıq bəzi AirPods qulaqlıqlarının köməyi ilə başınızı tərpətməklə zəngləri qəbul edə və ya rədd edə bilərsiniz.
Məqalədə deyilir ki, istifadəçilər dodaq hərəkətləri və ya digər üz ifadələri ilə mahnıları dəyişə biləcəklər.
Gələcəkdə texnologiyanın "Apple" qulaqlıqlarında istifadə edilib-edilməyəcəyi məlum deyil.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....