"Apple" cihazlarını almaq əvəzinə kirayəyə verməyə başladı
"Apple" istifadəçilər üçün yeni cihaz kirayəsi proqramını istifadəyə verib. Yeni model çərçivəsində şirkətin bəzi məhsullarını almaq əvəzinə aylıq ödənişlə kirayələmək mümkün olacaq.
BAKU.WS xəbər verir ki, şirkət bu məqsədlə ödəniş platforması Klarna ilə əməkdaşlığa başlayıb.
İlkin mərhələdə yalnız ABŞ-də təqdim olunan proqram çərçivəsində iPhone və Apple Watch modelləri 12 və ya 24 ay, Mac və iPad modelləri isə 24 və ya 36 ay müddətinə kirayəyə veriləcək.
Proqrama iPhone 17 seriyası, iPhone Air, Apple Watch Series 11, Apple Watch Ultra 3, MacBook Air, MacBook Pro, iMac, Mac Studio, iPad Air, iPad Pro və iPad mini daxil edilib. iPhone 16, MacBook Neo, standart iPad və Apple Watch SE modelləri isə bu siyahıda yer almır.
Yeni xidmət əvvəlki iPhone Upgrade proqramını əvəz edir və istifadəçilərə daha çevik ödəniş şərtləri ilə cihazlardan istifadə imkanı yaradır.
Mütəxəssislərin fikrincə, texnologiya məhsullarının bahalaşması fonunda belə kirayə modeli gələcəkdə istehlakçılar arasında daha geniş yayına bilər.
Oxşar xəbərlər
Azərbaycan "Ukrayna Dəmir Yolları"nın fəaliyyətini dəstəkləmək üçün 40 ton avadanlıq göndərib
Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib. BAKU.WS report...