"Anora" filmi "Oskar" mükafatına layiq görüldü
Şon Beykerin rejissorluq etdiyi "Anora" filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.
BAKU.WS xəbər verir ki, 97-ci "Oskar" mükafatlandırma mərasimi Los-Ancelesdə, "Dolby" teatrında baş tutub.
Film ümumilikdə altı nominasiyada yarışıb və beşində qalib gələrək gecənin ən uğurlu ekran işlərindən biri olub. Şon Beyker "Ən yaxşı rejissor" və "Ən yaxşı orijinal ssenari" mükafatlarını qazanıb.
Baş rolda çəkilən Mayki Medison "Ən yaxşı aktrisa", film isə "Ən yaxşı montaj" kateqoriyalarında mükafat əldə edib. Yeganə məğlubiyyət "İkinci plan üzrə ən yaxşı aktyor" nominasiyasında olub – Yuri Borisov bu mükafata sahib çıxa bilməyib.
Filmin süjeti rus oliqarxının oğlunun bir gecə klubunda tanış olduğu striptizçi ilə evlənmək qərarı verməsi ətrafında cərəyan edir. Valideynləri bu nikaha qarşı çıxdıqları üçün onu dayandırmaq məqsədilə İqor adlı bir şəxsi işə cəlb edirlər. İlk baxışda antaqonist kimi görünən İqor hadisələrin gedişində daha mürəkkəb və insani bir xarakterə çevrilir.
Oxşar xəbərlər
Danimarka 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır
Danimarka hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək planlarını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu bar...