Amerikalı milyonçu Keniyada helikopter qəzasında ölüb

Amerikalı milyonçu Keniyada helikopter qəzasında ölüb
Foto Video
Dünya 3

ABŞ-dən olan milyonçu və sahibkar Rodcer Duarte Keniyada helikopterin qəzaya uğraması nəticəsində həlak olan şəxslər arasında yer alıb. B

BAKU.WS xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Məlumata görə, bir vaxtlar "Forbes" jurnalının "30 yaşadək 30" siyahısına daxil edilən Duarte Keniyanın şimalında, dağın ətəyində baş verən helikopter qəzasının qurbanlarından biri olub.

Amerikalı milyonçu Keniyada helikopter qəzasında ölüb

İlkin polis hesabatına əsasən, qəza zamanı helikopterin göyərtəsində ümumilikdə 7 nəfər olub və onların heç biri sağ qalmayıb. Ölənlərdən 5 nəfərin ABŞ vətəndaşı olduğu bildirilir.

Hadisə Keniyanın Samburu dairəsində baş verib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məlumatda həmçinin helikopterdə Ekvadorun Milli Kəşfiyyat Mərkəzinin baş direktoru Mikele Sensi-Kontugi, onun həyat yoldaşı, eləcə də dizayner və sahibkar Stefani Hollihanın olduğu qeyd edilir.

Ekvador rəsmilərinin məlumatına görə, Sensi-Kontugi ölkə prezidenti Daniel Noboa ilə yaxın münasibətləri ilə tanınırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər