Amber Heard əkiz övlad sahibi oldu – Elon Musk iddiaları yenidən gündəmdə
Amerikalı aktrisa Amber Heard daşıyıcı ana vasitəsilə əkiz övlad sahibi olduğunu açıqlayıb. Madrid şəhərində bu proses qanuni olmadığı üçün Heard proseduru ABŞ-də həyata keçirib. Körpələrin atasının kimliyi açıqlanmasa da, Elon Musk ilə bağlı iddialar yenidən gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aktrisa paylaşımında 4 yaşlı qızı Oonagh kimi bu uşaqların da daşıyıcı ana vasitəsilə dünyaya gəldiyini bildirib: "Uzun zamandır qurmaq istədiyim ailənin tamamlanması məni sözlə ifadə olunmayacaq qədər xoşbəxt etdi", – deyə qeyd edib.
Əkizlərin vaxtından əvvəl doğulduğu bildirilir. Sosial şəbəkələrdə yayılan iddialara görə, Elon Musk və Amber Heard 2016-cı ildə münasibətdə olarkən embriyo dondurduqları deyilir. Musk indiyədək ən azı 14 uşağın atasıdır və daha çox övlad sahibi olmağı "şəxsi missiyası" adlandırır.
Oxşar xəbərlər
Tramp bütün dünyadan idxala 10 % rüsum tətbiq edəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp brifinqdə 1974-cü ildə qəbul eidlmiş ticarət qanununun 122-ci maddəsinə uyğun olaraq 10 faizlik qlobal rüsumun tətbiqi barədə fərman...