Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
"Air Astana" aviaşirkətinin Almatıdan Antalyaya uçan təyyarəsi nasazlıq səbəbindən Aktauda təcili eniş edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən "Airbus A321" tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub", - məlumatda bildirilib.
Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib.
"Sərnişinlər yeməklə təmin olunub və mehmanxanaya yerləşdirilib. Antalyadakı sərnişinlərlə də bağlı analoji tədbirlər görülür", - aviaşirkət bildirir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...