Almatı hava limanında qara görə reyslər gecikir
Almatı Beynəlxalq Hava Limanında bir neçə uçuş güclü qar səbəbindən daha gec saatlara təxirə salınıb.
Bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Hava limanının onlayn cədvəlinə əsasən, Almatıdan Şımkent, Astana, Aktau, Atırau, Novosibirsk istiqamətində uçuşlar, eləcə də Astanadan, Şımkentdən, Aktaudan və Qızılordadan gələn reyslər bir neçə saat gecikir.
Beynəlxalq hava limanının mətbuat xidmətindən bildirilib ki, 8 yanvar tarixində çətin hava şəraiti (qar, duman) ilə əlaqədar bəzi uçuşlar gecikdirilib.
Bundan əvvəl sinoptiklər Almatıda qar yağacağını proqnozlaşdırmışdılar. Bu səbəbdən kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyirlər.
8 yanvarda 14 vilayətdə, həmçinin Astana, Almatı və Şımkent şəhərlərində fırtına xəbərdarlığı elan edilib.
Oxşar xəbərlər
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. BAKU.WS xə...