Almaniyada yeni sakinlərinə pulsuz mənzil verir
Əhalisini artırmağa çalışan Almaniyanın Ayzenhüttenştadt şəhəri yeni sakinlərə iki həftəlik pulsuz sınaq müddəti təklif edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Berlindən təxminən 95 km aralıda yerləşən şəhər bələdiyyəsi iyulun əvvəlinə qədər pulsuz mənzil proqramı üçün müraciətləri qəbul edir.
Layihə hazırda təxminən 24.000 əhalisi olan Ayzenhüttenştadt şəhərinə köçməkdə maraqlı olan ixtisaslı işçilər və ya sərbəst işləyən insanlar üçün nəzərdə tutulub.
Seçilmiş iştirakçılar sentyabrın 6-dan 20-dək mebelli mənzillərdə pulsuz yaşayacaqlar.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...