Almaniyada qatar qəzası: Xəsarət alanlar var
Almaniyada təxminən 600 sərnişini daşıyan ICE qatarı kontakt şəbəkəsinin çökməsi nəticəsində relslərdə dayanmalı olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 11-də Berlin-Leypsiq marşrutu üzrə hərəkət edən qatar Brandenburq sərhədini keçdikdən sonra baş verib.
Məlumata görə, kontakt lövhəsi qatarın üzərinə düşərək vaqonların bir neçə pəncərəsinə ziyan vurub. Hadisə nəticəsində iki sərnişin şüşə qırıntılarından yüngül xəsarət alıb.
Bildirilib ki, qəzanın baş verdiyi ərazi hazırda bağlanıb, qatarların hərəkəti alternativ marşrutlarla təşkil olunur. Sərnişinlər üçün ehtiyat qatar göndəriləcəyi qeyd olunub.
Oxşar xəbərlər
Şahzadə Harri təhlükəsizlik məsələsini yenidən qaldırır
Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harrinin ölkəyə ailəsi ilə birlikdə daha tez-tez səfər edə bilmək üçün dövlət tərəfindən maliyyələş...