Almaniyada AfD seçkidə tarixi nəticə göstərdi
Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilər ölkənin siyasi gündəmini dəyişib.
BAKU.WS xəbər verir ki, sağçı AfD (Almaniya üçün Alternativ) seçkidə 43,8 faiz səslə birinci olub və parlamentdə 83 yerdən 39-nu əldə edib.
Baş nazir Fridrix Mertsin rəhbərlik etdiyi CDU isə 17,2 faiz səs toplayaraq AfD-dən xeyli geri qalıb. Seçkilərdə iştirak 77,8 faiz təşkil edib.
Nəticələrdən sonra AfD-nin həmsədri Alisa Vaydelin daha əvvəl açıqladığı miqrasiya siyasəti yenidən gündəmə gəlib. O, Almaniya sərhədlərinin tam bağlanmasını, qanunsuz miqrasiyanın qarşısının alınmasını, bəzi sosial ödənişlərin dayandırılmasını və ölkədən genişmiqyaslı geri göndərmələrin həyata keçirilməsini müdafiə edib.
Bununla belə, AfD parlamentdə təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat əldə etməyib. Digər əsas partiyalar AfD ilə koalisiya yaratmaqdan imtina edir.
Oxşar xəbərlər
İndoneziyada vulkan püskürməsi: 1500-dən çox uçuş ləğv edilib
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi aviasiya nəqliyyatında ciddi problemlərə səbəb olub. BAKU.WS xəbər verir ki, püskürmə nəticəsində vulkanik kül...