Alimlərdən XƏBƏRDARLIQ - Zəlzələlər ola bilər
Yaponiyalı alimlərin apardığı yeni araşdırma Günəşin aktivliyinin Yerdəki seysmik proseslərə təsir edə biləcəyini göstərib.
BAKU.WS xəbər verir ki, Tsukuba Universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmi və Texnologiyaları Milli İnstitutunun tədqiqatçıları bu mövzuya dair maraqlı nəticələr əldə ediblər.
Tədqiqatçılar Günəş aktivliyi, yeraltı hərəkətlər və Yer səthinin temperaturu ilə bağlı məlumatları analiz edərək müəyyən ediblər ki, Günəşdən yayılan istilik süxurların fiziki xassələrini dəyişdirə bilər.
Temperatur dəyişikliyi süxurların daha kövrək hala gəlməsinə və çatlamasına səbəb ola bilər. Bununla yanaşı, bu proses yeraltı suların hərəkətinə təsir edərək tektonik plitələrin sərhədlərindəki təzyiqin dəyişməsinə gətirib çıxara bilər.
Alimlər bildirirlər ki, bu təsirlər nisbətən zəif olsa da, seysmik aktivliyə müəyyən təsir göstərə bilər. Onların fikrincə, Günəş aktivliyi ilə bağlı proqnozların Yer temperatur modellərinə daxil edilməsi zəlzələlərin daha dəqiq proqnozlaşdırılmasına kömək edə bilər.
Bu kəşf, gələcəkdə seysmik fəaliyyətin daha dəqiq izlənilməsinə və potensial təbii fəlakətlərin daha erkən müəyyən olunmasına töhfə verə bilər.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...