Alimlər Leninin əsl ölüm səbəbini açıqlayıb

Vladimir İliç Leninin ölüm səbəbləri illər əvvəl müəyyən olunaraq ictimaiyyətə açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, siyasi elmlər doktoru, Rusiya Federasiyası Kommunist Partiyasının üzvü Sergey Obuxov məlumat verib.
Onun sözlərinə görə, Leninin cəsədini tədqiq edən mütəxəssislər beyin qanaxmasının bütün mümkün səbəblərini, o cümlədən ona qarşı edilmiş sui-qəsdin nəticələrini, həmçinin insult və infarkt ehtimallarını ətraflı şəkildə araşdırıblar.
"Zəhərli güllə ilə yaralanma nəticəsində yaranan dağıdıcı proseslər, eyni zamanda insult və infarktla bağlı bütün hallar detallı şəkildə öyrənilib," – deyə Obuxov qeyd edib. Onun fikrincə, bu mövzu ətrafında yayılan söz-söhbətlər və fərziyyələr artıq çoxdan bağlanmış müzakirələri yenidən gündəmə gətirmək cəhdidir.
Leninin Qızıl meydandakı Mavzoleyində saxlanılan cəsədinin hazırkı vəziyyətindən danışan deputat bildirib ki, onun qorunub saxlanması ilə bağlı bütün zəruri prosedurlar tam şəkildə yerinə yetirilir. Obuxov əlavə edib ki, Kommunist Partiyasının rəhbər şəxsləri və siyasi fəallar mütəmadi olaraq mavzoleyə baş çəkir və cəsədlə bağlı heç bir pozuntu və ya dəyişiklik müşahidə etməyiblər.
Oxşar xəbərlər
Zelenski: Vatikanda Trampla 15 dəqiqəlik görüş Ağ Evdəki danışıqlardan daha çox şey verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ lideri Donald Trampla qısa şəxsi söhbətin digər şəxslərin iştirakı ilə Oval kabinetdə keçirdikləri əvvəlki g...
