Alimlər düyüdən robot hazırladı
Bristol Universitetinin alimləri düyüdən robot düzəldiblər.
BAKU.WS Haberglobal-a istinadən xəbər verir ki, onlar bu materialdan yumşaq robot hissələri hazırlayaraq robot texnologiyasında yenilikçi addım atıblar.
Tədqiqatçılar bildirib ki, düyü yuxası silikon qədər möhkəmdir. Toksik olmayan, bioloji cəhətdən parçalanan və hətta yeyilə bilən bir materialdır.
Bu xüsusiyyətləri ilə ekoloji baxımdan təhlükəsiz alternativdir.
"Bu layihə sayəsində insanlar ev şəraitində belə yumşaq robotlar üzərində təcrübələr apara bilər. Əlçatan və ekoloji material istifadə olunması həm də elmi yaradıcılığı təşviq edir" -deyə tədqiqatın müəllifi Kristin Braganza bildirib.
Alimlər bu materialın yalnız elmi təcrübələrdə yox, kənd təsərrüfatı, meşə bərpası və hətta aşpazlıq sahəsində də faydalı ola biləcəyini deyirlər. Düyü yuxasından hazırlanmış robotlar çətin keçilən ərazilərdə toxum səpmək kimi işləri yerinə yetirmək üçün istifadə oluna bilər.
Hazırda tədqiqatçılar bu materialdan öz-özünə hərəkət edə bilən robotlar yaratmağı planlaşdırır.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran əyalətində "AH-6i" tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində iki heyət üzvü həyatını...