Aleksandr Rıbak yenidən "Avroviziya"ya qatıla bilər
Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak yenidən "Avroviziya" səhnəsinə qayıtmağa hazırlaşır.
BAKU.WS xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, Belarus əsilli ifaçı Norveçin milli seçim mərhələsi olan "Melodi Grand Prix 2026"da iştirak edəcək. Rıbak fevralın 28-də keçiriləcək seçim turunda "Rise" adlı yeni mahnısı ilə səhnəyə çıxacaq.
Qeyd edək ki, "Melodi Grand Prix 2026"nın qalibi Norveçi "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil etmək hüququ qazanacaq.
Xatırladaq ki, Aleksandr Rıbak Norveçi iki dəfə bu beynəlxalq yarışmada təmsil edib. O, 2009-cu ildə "Fairytale" mahnısı ilə 387 xal toplayaraq qalib olub. 2018-ci ildə isə "That"s How You Write a Song" bəstəsi ilə müsabiqəyə qatılan sənətçi finalda 15-ci yeri tutub.
Oxşar xəbərlər
Çerniqovda enerji obyektinə zərbə - Minlərlə ev işıqsız qaldı
Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Nejin rayonunda mühüm enerji obyektinə hücum edib və nəticədə yüz minlərlə abonent elektrik enerjisiz qalıb. BAKU....