AK Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 20-dək qəbul etməyi planlaşdırır
Avropa Komissiyası (AK) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 20-dək qəbul etməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Biz xarici işlər nazirlərinin növbəti görüşünə, yəni mayın 20-nə kimi 17-ci sanksiyalar paketini qəbul etməyi planlaşdırırıq", – o qeyd edib.
Kallas həmin paketə dair təfərrüatları açıqlamayıb. Çünki sənəd hələ razılaşdırılmayıb.
Oxşar xəbərlər
ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər
Məşhur aparıcı Müge Anlının proqramında 10 il əvvəl itkin düşən şəxsin doyesi yenidən açılıb. BAKU.WS xəbər verir ki, Mehmet Çabukun 2016-cı ildə öldürüldüyünə...