Aİ Moldovaya qarşı sanksiyalar siyahısını genişləndirib
Avropa İttifaqı (Aİ) Şurası bu gün Moldovada sabitliyi pozan fəaliyyətə görə məsuliyyət daşıyan beş şəxs və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Aİ Moldova xalqının qanuni istəklərinə tam dəstək verməyə davam edəcək. Bugünkü sanksiya siyahıları Moldovanın sabitliyinə daha bir töhfədir", - o bildirib.
Eyni zamanda J.Borrell Rusiyanı Moldovada sabitliyi pozmağa cəhddə ittiham edib.
Bundan başqa, "Avrasiya" qeyri-hökumət təşkilatı, onun direktoru və təsisçisi Nelli Parutenkoya da sanksiya tətbiq edilib.
Sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur. Fiziki şəxslərin Aİ-yə daxil olması qadağan olunur.
Kommunikedə deyilir ki, bu rejim çərçivəsində məhdudlaşdırıcı tədbirlər ümumilikdə 16 şəxs və iki təşkilatı əhatə edir.
Oxşar xəbərlər
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
Rəsmi Vilnüs Belarus məhsullarının Litva ərazisindən Rusiyanın Kalininqrad vilayətinə tranzitinə qadağa qoyulmasını nəzərdən keçirir. BAKU.WS "Report"a istinadə...