Aİ Macarıstanı səsvermə hüququndan məhrum etmək istəyir
Avropa İttifaqı Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsi çərçivəsində müzakirə edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun rəsmi saytına məlumat yerləşdirilib.
Mayın 27-də məsələyə dair səkkizinci dinləmə keçiriləcək.
Qeyd edək ki, Avropa İttifaqının 7-ci maddəsi, üzv ölkənin ittifaqın əsas dəyərlərini sistematik şəkildə pozduğu təqdirdə onun bəzi hüquqlarının, o cümlədən səsvermə hüququnun dayandırılmasını nəzərdə tutur.
Bundan əvvəl Avropa Parlamentinin deputatları Macarıstana maliyyə vəsaitlərinin tam dondurulmasını tələb ediblər.
"Politico" nəşri yazır ki, Aİ Macarıstan, Slovakiya və Rumıniyanın Ukraynaya qarşı birləşəcəyindən narahatdır.
Oxşar xəbərlər
Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib. Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanl...