AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib.
"Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ın yaradılacağı cənub bölgələrindən öz qüvvələrini çıxarmağa başlamaq niyyətini elan etməsindən sonra qəbul olunub", - o deyib.
Qeyd olunub ki, ABŞ-nin hərbi nümayəndə heyəti Beyrutda Livan ordusunun komandanlığı ilə İsrail qoşunlarının ölkənin cənubundakı ərazilərdən birindən çıxarılmasına dair razılaşmanın icrası məsələsini müzakirə edib.
Mənbənin sözlərinə görə, ABŞ tərəfinin əsas məqsədi əldə olunmuş razılaşmaların praktik icrasını təmin etməkdir.
Oxşar xəbərlər
Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sic Noticias"...