Adelin mahnısı plagiat sayıldıqdan sonra bütün dünyada qadağan edilib

Adelin mahnısı plagiat sayıldıqdan sonra bütün dünyada qadağan edilib
Dünya 187

Braziliya məhkəməsi britaniyalı pop müğənni Adelin "Million Years Ago" mahnısının bütün dünyada satışdan, o cümlədən musiqi axını xidmətlərindən çıxarılmasına qərar verib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

İlkin qərarda Sony və Universal şirkətləri bütün dünyada "Million Years Ago" mahnısının istifadəsini, çoxalmasını, redaktəsini, yayılmasını və ya kommersiyalaşdırılmasını dərhal dayandırmağı" əmr edib.

Qərar bəstəkar Toninyo Geraesin plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı sənətçini musiqisini yazdığı Martinho da Vilanın 1996-cı ildə yazdığı "Mulheres" kompozisiyasını kopyalamaqda ittiham edib.

Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və Sony və Universal da daxil olmaqla bir sıra səsyazma şirkətlərindən 160 min dollar məbləğində təzminat tələb edib. Bəstəkar Adelin mahnısının müəllif hüququnu da mənimsəmək niyyətindədir.

The Guardian qeyd edir ki, Sony və Universal-ın törəmə şirkətləri "hər uyğunsuzluq aktına görə" 8 min dollar cərimə gözləyir. Bununla belə, musiqi şirkətləri hələ də qərardan şikayət edə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tramp İran hökumətinə təşəkkür etdi

Tramp İran hökumətinə təşəkkür etdi

Hökumət əleyhinə etirazlara görə ölüm hökmünə məhkum edilmiş səkkiz iranlı məhbus qadın İran hakimiyyəti tərəfindən əfv edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər...

49 Dünya 23:12 22 aprel 2026

Son xəbərlər