Acun Ilıcalı: "Özümü göstərmək üçün ev, maşın almıram"
"Hazırda yaratdığım iqtisadi dövriyyə xərclərimlə bitəcək bir böyüklükdə deyil. Amma bu o demək deyil ki, mən "şüursuz" şəkildə xərcləyirəm. Təbii ki, uçuş xərclərim, gəmi xərclərim və qayğı göstərməli olduğum insanlar var. Amma sırf özümü göstərmək üçün heç nə almıram".
BAKU.WS xəbər verir ki, bu sözləri türkiyəli məşhur iş adamı Acun Ilıcalı deyib. O bildirib ki, kifayət qədər böyük sərvəti olsa da lazımsız yerə pul xərcləmir:
"İstifadə etmədiyim ev, maşın almıram. Sürətli qayıqları sevirəm, onları sevdiyim üçün alıram, nümayiş etdirmək üçün almıram".
Ilıcalının bu açıqlaması müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar?
ABŞ-də çalışan kardioloq gündəlik alkoqol qəbulunun hansı miqdarda nisbətən məqbul hesab edilə biləcəyini açıqlayıb. BAKU.WS xarici mətbuata istinadən xəbər ver...