ABŞ Yəmənin Cevf və Səna şəhərlərinə hava hücumu həyata keçirib
02
may
2025
11:22
Yəməndəki Husilər ABŞ ordusunun paytaxt Səna və Əl-Cevf bölgələrinə beş hava zərbəsi endirdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Husilərə məxsus "Əl-Məsirə" televiziya kanalında yayımlanan xəbərdə ABŞ-nin Cevf vilayətinin "Hab və Şaaf" rayonuna dörd hava hücumu təşkil etdiyi bildirilib.
Paytaxt Səna yaxınlığındakı Həmədən bölgəsinə də bir hava zərbəsi endirildiyi qeyd olunub. Hücumların detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Husilər dünən axşam saatlarında ABŞ-nin Səda şəhəri ətrafına da beş hava zərbəsi endirdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Tramp İrana hücumlardan DANIŞDI: "Yaxşı gedir"
Donald Tramp bəyan edib ki, İrana qarşı aparılan əməliyyat çox yaxşı gedir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu qiymətləndirməni "Washi...