ABŞ Yəmən husilərinə qarşı yeni sanksiya paketi tətbiq edir
11
sen
2025
20:04
ABŞ Yəmən husilərinə qarşı yeni sanksiya paketi tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yer alıb.
Qurumdan bildirilib ki, sanksiyalar husilərin vəsait toplamasının, qaçaqmalçılıqla məşğul olmasının və hücumlar həyata keçirməsinin qarşısını almaq üçün 32 fiziki və hüquqi şəxsə, həmçinin dörd gəmiyə qarşı tətbiq edilir.
Tramp administrasiyasından qeyd ediblər ki, bu, Vaşinqtonun İranla əlaqəli "Ənsar Allah" qruplaşmasına qarşı ən böyük əməliyyatıdır.
Oxşar xəbərlər
Günəşdə güclü partlayışlar baş verib
Bir neçə günlük nisbi sakitlikdən sonra Günəş səthində iki güclü aktivlik müşahidə olunub. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunu...