ABŞ orta mənzilli hipersəs raketini uğurla sınaqdan keçirdi

ABŞ ilk dəfə orta mənzilli hipersəs raketi olan "Dark Eagle"ın uğurlu buraxılışını həyata keçirib.
Bu raket ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil edilmək üçün hazırlanıb və onun sınaq buraxılışı Florida ştatında yerləşən Kanaveral burnundan baş tutub.
Bu, raketin standart buraxılış qurğusundan ilk uğurlu uçuşu kimi qeydə alınıb.
"Lockheed Martin" şirkəti tərəfindən istehsal edilən "Dark Eagle" hipersəs raketi saatda təxminən 6 min kilometr sürət yığmaq qabiliyyətinə malikdir. Raket hündürlükdə manevr etmək xüsusiyyəti ilə seçilir ki, bu da onun aşkarlanmasını və hədəfə çatmadan məhv edilməsini çətinləşdirir. Layihəyə əsasən, raketin maksimal uçuş məsafəsi 2775 kilometrdir.
An initial view of this morning’s Long Range Hypersonic Weapon (LRHW) / Dark Eagle system test launch from Cape Canaveral’s pad SLC-46. This is a joint Army-Navy hypersonic weapon land & sea deployment. Will add a thread this afternoon with more details & different camera angle. pic.twitter.com/xBi21RiXFF
— JohnCn (@JConcilus) December 12, 2024
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
