ABŞ-nin tutulması üçün 5 milyon pul qoyduğu əfqanıstanlı nazir partlayışda həlak oldu
Əfqanıstanın Taliban tərəfindən təyin edilmiş qaçqınlar üzrə naziri Xəlil ur-Rəhman Haqqani Kabildə baş verən partlayış nəticəsində həlak olub.
Bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın mərkəzində yerləşən nazirliyin binasında baş verib.
Qeyd edək ki, 2021-ci ildə Taliban hökumətini qurduqdan sonra Xəlil Haqqani bu vəzifəyə təyin edilmişdi. O, Talibanla əlaqəli olan və Əfqanıstanda çoxsaylı terror aktlarında ittiham edilən "Haqqani Şəbəkəsi"nin lideri Siracüddin Haqqaninin əmisi idi.
Xəlil Haqqani, həmçinin ABŞ Maliyyə Nazirliyi tərəfindən 2011-ci ildə xüsusi təhlükəli terrorçu elan edilmiş və onun tutulması üçün 5 milyon dollar mükafat təklif olunmuşdu.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...