ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb
17
fev
2026
23:23
ABŞ bazar ertəsi narkotacirlərə məxsus üç gəmiyə zərbələr endirib, nəticədə 11 nəfər ölub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
"Kəşfiyyat təsdiqləyib ki, gəmilər məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edib və narkotiklərin qanunsuz dövriyyəsi əməliyyatlarına qatılıb", - komandanlığın məlumatında bildirilib.
Qeyd olunub ki, gəmilərdən ikisi Sakit okeanın şərqində aşkar edilərək hücuma məruz qalıb, üçüncüsü isə Karib dənizində vurulub.
Oxşar xəbərlər
Finlandiya Baş naziri dron təhlükəsi ilə bağlı açıqlama verib
Finlandiyanın Baş naziri Petteri Orpo pilotsuz uçuş aparatları (dronlar) ilə bağlı yayılan iddialara münasibət bildirib. BAKU.WS xəbər verir ki, bu barədə "Lent...