ABŞ-li jurnalist Bağdadda oğurlanıb
İraqda ABŞ-li jurnalist Şelli Kittleson paytaxt Bağdadda naməlum şəxslər tərəfindən oğurlanıb.
BAKU.WS İraq Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, hadisə Bağdad şəhərində baş verib. Jurnalistin oğurlanmasında iştirak edən şəxslərdən birinin artıq saxlanıldığı bildirilib.
Nazirlik bəyan edib ki, ölkədə təhlükəsizliyi pozmağa və xarici vətəndaşları hədəf almağa yönələn cəhdlərə yol verilməyəcək.
Hazırda təhlükəsizlik qüvvələri jurnalistin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.
Hadisə ilə bağlı digər şübhəlilərin müəyyən olunaraq saxlanılması üçün tədbirlərin görüldüyü, cinayətə qarışan bütün şəxslərin məsuliyyətə cəlb olunacağı qeyd edilib.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...