ABŞ-İsrail hücumu zamanı Əli Laricani və oğlu həyatını itirib
İran hökuməti Əli Laricani və onun oğlunun həlak olduğunu rəsmi şəkildə təsdiqləyiblər.
BAKU.WS xəbər verir ki, hadisə ABŞ və İsrail tərəfindən həyata keçirildiyi hücum nəticəsində baş verib.
Bildirilir ki, hadisə zamanı Laricani ilə yanaşı onun oğlu – alim Mürtəza Laricani və Ali Milli Təhlükəsizlik Şurası katibinin təhlükəsizlik xidmətinin rəhbəri Sərdar Nejad da həyatını itirib.
İran prezidenti Məsud Pezeşkian bu hadisəni "çox ağır və kədərli itki" kimi qiymətləndirib və qarşı tərəfə sərt cavab veriləcəyini bəyan edib.
"Fars News" agentliyi xəbər verir ki, Əli Laricaninin dəfn mərasimi martın 18-də Tehran şəhərində keçiriləcək.
İranın Ali Məclisi Təhlükəsizlik Şurasının Katibliyi ABŞ-İsrail hücumu zamanı Ali Təhlükəsizlik Şurası Katibi ilə birlikdə olan şəxslər haqqında məlumat dərc edib.
Əli Laricaninin özündən başqa, sui-qəsd nəticəsində həlak olanlar:
Mürtəza Laricani - Əli Laricaninin oğlu, Əlireza Bayat - İran Ali Təhsil Şurasının təhlükəsizlik məsələləri üzrə katib müavini və şəxsi təhlükəsizlik xidmətindən olan mühafizəçilər qrupu.
Qeyd edək ki, Əli Laricani qızının evində olarkən döyüş təyyarələrinin hədəfinə çevrilərək həyatıı itirib.
Oxşar xəbərlər
Avropa İran məsələsində ABŞ-ni niyə dəstəkləmir? - Savaşın gedişatında dilemma
"Bu, Avropanın müharibəsi deyil. Regiondakı vəziyyətlə bağlı Qırmızı dənizdə "Aspides" əməliyyatımız var. Bu mandatın Hörmüz boğazını əhatə etməsi, Maskat xətti...