ABŞ İranın PUA daşıyan gəmisini vurdu
ABŞ hərbi qüvvələri İranın pilotsuz uçuş aparatları daşıyan gəmisinə zərbə endirib.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı məlumatı United States Central Command (CENTCOM) yayıb.
Komandanlığın paylaşdığı videoda sursatın İranın böyük hərbi gəmisinə dəydiyi və zərbədən sonra gəminin üzərindən qalın tüstünün yüksəldiyi görünür.
Bildirilib ki, pilotsuz uçuş aparatlarını daşıyan bu gəmi ölçülərinə görə İkinci Dünya müharibəsi dövründə istifadə edilən aviadaşıyıcıları xatırladır. Zərbədən sonra gəmidə yanğın başlayıb.
U.S. forces aren't holding back on the mission to sink the entire Iranian Navy. Today, an Iranian drone carrier, roughly the size of a WWII aircraft carrier, was struck and is now on fire. pic.twitter.com/WyA4fniZck
— U.S. Central Command (@CENTCOM) March 6, 2026
Oxşar xəbərlər
Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barə...