ABŞ İranın Larak adasına raket zərbəsi endirib

ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Dünya 20

ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığında yerləşən Larak adasına raket zərbəsi endirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İranın aidiyyəti qurumları ABŞ-nin hansı obyekti hədəfə aldığını və zərbənin vurduğu mümkün ziyanın miqyasını müəyyənləşdirirlər. Eyni zamanda, agentlik ABŞ raketinin qonşu Qeşm adasındakı körpülərdən birinə düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı "Şahzadə Həsən" və "Kral Feysəl" aviabazalarına endirilən zərbələrlə bağlı məlumat yaymışdı. SEPAH bəyan etmişdi ki, ABŞ hərbçilərinin "F-15" qırıcılarını, pilotsuz uçuş aparatlarını və helikopterləri döyüş tapşırıqlarına hazırladıqları anqarlar hədəfə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər