ABŞ İranı atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranı ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi gecə hücumlarından sonra atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, CENTCOM-da İranın Küveyt istiqamətində ballistik raket atdığı, lakin onun Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirildiyi bildirilib.
"Atəşkəs rejiminin kobud şəkildə pozulması İran qüvvələrinin Hörmüz boğazı rayonunda və onun yaxınlığında açıq-aşkar təhlükə yaradan beş kamikadze zərbə PUA buraxmasından bir neçə saat sonra baş verib", - ABŞ komandanlığının bəyanatında vurğulanıb.
CENTCOM-da bütün PUA-ların ABŞ qüvvələri tərəfindən uğurla ələ keçirildiyi qeyd edilib.
Bundan əlavə, komandanlığın məlumatına görə, ABŞ hərbçiləri Bəndər-Abbasdakı İranın yerüstü idarəetmə məntəqəsindən daha bir PUA-sının buraxılmasının qarşısını alıblar.
ABŞ Mərkəzi Komandanlığında öz qüvvələrini və maraqlarını "əsassız İran aqressiyasından" qoruyaraq "diqqətli" fəaliyyət göstərməyə davam etdiklərini vurğulayıblar.
Oxşar xəbərlər
Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb?
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında Moskvada keçirilən görüşün detalları açıqla...