ABŞ İrana qarşı sanksiyaları genişləndirib
ABŞ dörd fiziki şəxsə və 12 şirkətə qarşı sanksiya tətbiq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Bildirilir ki, sanksiyaya məruz qalan fiziki şəxslərin hamısı İran vətəndaşlarıdır. Onlardan ikisinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olduğu qeyd edilir.
Nazirliyin məlumatına görə, SEPAH-la bağlantılı şəxslər Araş Estaki Əlivənd və Əlirza Deraxşan İran Müdafiə Nazirliyinin maraqlarına uyğun fəaliyyət göstəriblər.
Digər iki nəfər isə Birləşmiş Ərəb Əmirliklərində yerləşən və artıq sanksiya tətbiq olunmuş "Alpa Trading - FZCO" şirkəti ilə əlaqədə şübhəli bilinir.
Oxşar xəbərlər
"Al Arabiyya": İrana 300 milyard dollar investisiyanın ayrılması nəzərdə tutulub
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair memorandumda İslam Respublikasına investisiyaların stimullaşdırılması üçün 300 milyard dollar məbləğində öz...