ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrana qarşı tətbiq olunan sanksiyalar siyahısını növbəti dəfə genişləndirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Interfax" agentliyi məlumat yayıb.
OFAC tərəfindən dərc olunan rəsmi press-relizdə bildirilib:
"Sanksiyalar siyahısına İran neftinin və neft-kimya məhsullarının xarici bazarlara daşınmasında iştirak edən 19 gəmi əlavə edilib. Bundan başqa, sanksiya altında olan İran banklarının adından gizli maliyyə əməliyyatları həyata keçirən ölkənin iri valyuta mübadilə şirkəti - "Ebrahimi and Associates Partnership Company" və onunla əlaqəli digər qurumlar da qara siyahıya salınıb".
Rəsmi sənəddə qeyd olunub ki, atılan bu addımlar OFAC-ın İranın "kölgə bankçılığı" mexanizmlərini ifşa etməyə, həmçinin Tehrana qarşı tətbiq olunan beynəlxalq məhdudiyyətlərdən yayınma cəhdlərinin qarşısını almağa yönəlmiş ardıcıl fəaliyyətinin tərkib hissəsidir.
Oxşar xəbərlər
ABŞ-də hərbi helikopter qəzası: 2 pilot ölüb
ABŞ-nin Teksas ştatında "AH-64 Apache" tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib. BAKU.WS xarici mediaya istinadən xəbər ve...