ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edə biləcəyi güman olunan Çin, Malayziya və Tailandın yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.
Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.
"Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb", - məlumatda qeyd olunur.
Qeyd edək ki, bu, aprelin 19-da İranın nüvə proqramı üzrə ABŞ və İran arasında keçiriləcək məsləhətləşmələrin ikinci raundu ərəfəsində baş verib. Amerikanın "Axios" portalının məlumatına görə, görüş Romada baş tutacaq.
Oxşar xəbərlər
Pezeşkian yenə Azərbaycan dilində şeir dedi
Bu gün İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçiri...
