ABŞ-də meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb
17
noy
2024
09:53
ABŞ-nin Kaliforniya ştatında meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə ştatın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, sözügedən diaqnoz bu yaxınlarda Şərqi Afrikaya səyahət edən şəxsə qoyulub.
Virusa yoluxan şəxs ABŞ-yə qayıtdıqdan qısa müddət sonra yerli tibb müəssisəsində müalicə olunub və evə buraxılıb.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...