ABŞ-də fövqəladə vəziyyət elan edildi – QUŞ QRİPİ

ABŞ-də fövqəladə vəziyyət elan edildi – QUŞ QRİPİ
Dünya 86

ABŞ-nin Luiziana ştatında yaşayan bir nəfərin quş qripinə yoluxması ölkədə panikaya səbəb olub. Bu hadisə ABŞ-də insanlarda qeydə alınan ilk ciddi quş qripi hadisəsi kimi tarixə düşüb.

BAKU.WS xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, yaşı 65-dən yuxarı olan və xroniki xəstəlikləri olan şəxs evinin həyətyanı sahəsindəki ev quşlarından virusa yoluxub. O, ciddi tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirilib.

CDC-nin verdiyi açıqlamada quş qripinin "D1.1" tipli variantının daha əvvəl ABŞ və Kanadada insanlara keçdiyi təsdiqlənib. Aprel ayından etibarən ölkə üzrə 61 nəfərin quş qripinə yoluxduğu, əksəriyyətinin heyvan fermalarında çalışan işçilər olduğu bildirilib. Bu halların əksəriyyəti yüngül simptomlarla müşahidə edilib.

Kaliforniya ştatında isə epidemiya riski səbəbilə fövqəladə vəziyyət elan olunub. Kaliforniya qubernatoru Qavin Neysom ştatın cənubundakı dörd mal-qara fermasında quş qripi testlərinin müsbət çıxmasından sonra bu qərarın verildiyini açıqlayıb.

Neysomun sözlərinə görə, vəziyyət artıq regional nəzarətdən çıxaraq əyalət miqyasında tədbirlər görülməsini tələb edir. Fövqəladə vəziyyət elanının əsas məqsədi epidemiyanın yayılmasının qarşısınının alınmasıdır.

Qeyd edək ki, bu hadisələr ABŞ-də quş qripi ilə bağlı narahatlıqları artırıb və məsələ ilə bağlı ciddi nəzarət tədbirləri davam etdirilir.

Son xəbərlər