ABŞ-də ana uşağının damar sisteminə nəcis yeridib
ABŞ-nin Ohayo ştatında 35 yaşlı qadın xəstəxanada müalicə olunan uşağının damar sisteminə nəcis yeritdiyini etiraf edib və məhkəmə qarşısına çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fox 10" məlumat yayıb.
Məlumata görə, fevralın 6-da xəstəxana əməkdaşları müşahidə kameralarında qadının şpris vasitəsilə uşağın venadaxili kateterinə naməlum maddə yeritdiyini görüblər. Digər kamera görüntülərinin araşdırılması zamanı həmin maddənin nəcis olduğu müəyyənləşdirilib. Görüntülərdə qadının tualetdən içərisində nəcis olan stəkanla çıxdığı və daha sonra onu şprisə çəkərək uşağın palatasına getdiyi əks olunub.
Hadisə barədə dərhal xəstəxana rəhbərliyinə məlumat verilib və qadın nəzarətə götürülüb. Lakin fevralın 8-də o, eyni hərəkəti yenidən təkrarlayıb.
Bundan sonra uşağa təcili tibbi yardım göstərilib, qadın isə saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Oxşar xəbərlər
Günəş tutulması İspaniyada təhlükə yarada bilər - 460 min turist gözlənilir
İspaniyada günəş tutulmasını izləmək üçün böyük insan axınının meşə yanğınları riskini artıracağından ehtiyat edilir. BAKU.WS xəbər verir ki, bu barədə "The Gua...