ABŞ-də 60 il sonra görünən parazit başqa vilayətdə də yayılıb
ABŞ-də uzun illər sonra yenidən ortaya çıxan "Yeni Dünya vida qurdu" (NWS) paraziti yeni ştatda da aşkar edilib.
BAKU.WS xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi Texasdan sonra New Mexico ştatında da yoluxma halının təsdiqləndiyini açıqlayıb. Burada bir itdə parazitə rast gəlinib.
Bildirilib ki, Texasda üç buzov və bir keçidə də yoluxma qeydə alınıb. Hadisə heyvanlar arasında narahatlıq yaradıb və yeni yoluxma hallarının ortaya çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Parazitin yayılmasının qarşısını almaq üçün bölgəyə milyonlarla steril milçəklər buraxılması planlaşdırılır. Bu üsulla parazitin çoxalmasının dayandırılması hədəflənir.
Oxşar xəbərlər
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehti...