ABŞ-da qatarla yanğınsöndürən maşın toqquşdu - 15 YARALI VAR
ABŞ-nin Florida ştatında dəhşəti qəza baş verib.
BAKU.WS xəbər verir ki, Orlandı və Mayami şəhərləri arasında sərnişin daşıyan qatar yanğınsöndürən maşını ilə toqquşub.
Qəzaya səbəb yanğınsöndürən maşının digər qatar yolunda digər qatarın keçib getməyi gözləməsi olub. Bu zaman o sürət qatarı ilə toqquşub.
Hadisə nəticəsində 12 sərnişin və 3 yanğınsöndürən yaralanıb. Zərərçəkmişlərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilib. Xəstəxanaya aparılan digər sərnişinlərin isə vəziyyəti stabildir.
Məlumatlara görə həmin qatar yolunda bir müddət əvvəl iki qatar toqquşub. Nəticədə 3 sərnişin vəfat edib.
Oxşar xəbərlər
Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır
Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola virusu misli görünməmiş sürətlə yayılmaqdadır. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sər...