ABŞ alimləri qidaların dadlarını rəqəmsal məlumatlara çevirdi

ABŞ-dəki Ohayo Dövlət Universitetinin tədqiqatçıları qida və içkilərin dadlarını rəqəmsal məlumatlara çevirərək kimyəvi maddələrlə təqlid edə bilən "e-Taste" adlı sistem hazırlayıb.
Bu sistem, qidaların dadlarını beş əsas dada uyğun kimyəvi maddələr vasitəsilə rəqəmsal formata çevirməyə imkan verir. Daha sonra sensorlar vasitəsilə dadlar rəqəmsal məlumatlara çevrilir və müvafiq kimyəvi maddələr dilin müəyyən bölgələrinə ötürülür.
Aparılan sınaqlarda 10 nəfərlik qrup sistem tərəfindən yaradılan fərqli turş dadları test edib. Sistemin dadları təqlid etmə dəqiqliyi 70% müəyyən edilib.
Başqa bir təcrübədə isə 6 nəfər limonad, tort, qayğanaq, qəhvə və balıq şorbası kimi daha mürəkkəb dadları dəyərləndirib. Bu zaman sistemin dadları düzgün uyğunlaşdırma səviyyəsi 87% olub.
Tədqiqatçılar bildirir ki, bu sistem virtual reallıq texnologiyalarına dad hissini əlavə etməyə imkan verə bilər. Bundan əlavə, biotibbi araşdırmalar, onlayn alış-veriş, distant təhsil, çəki nəzarəti və fiziki reabilitasiya kimi sahələrdə də faydalı ola bilər.
Bununla belə, sistemin hələlik ədviyyatlı və yağlı dadları tam təqlid edə bilmədiyi, həmçinin dad hissinə təsir edən qoxu kimi amilləri əhatə etmədiyi qeyd edilib. Bu səbəbdən, onun üzərində daha çox araşdırma aparılmasına ehtiyac var.
Tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc edilib.
Oxşar xəbərlər
Məşhur teleaparıcıya hücum edib qulağını kəsdilər
Məşhur irlandiyalı teleaparıcı Brendan Kortni naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib. BAKU.WS xəbər verir ki, bu barədə "Mirror"nəşri məlumat yayıb. Ap...
