Abbas Əraqçı İsrail və ABŞ-nin İrana mümkün hücumunu dəyərləndirib
09
yan
2026
23:03
"İran ABŞ və İsrailin mümkün hücumuna cavab verməyə hazırdır, lakin eyni zamanda hücumu az ehtimal olunan hesab edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Biz ABŞ və İsrailin yeni hücumunu istisna edirik. Təkrar hücum baş verərsə, onlara yeni məğlubiyyət yaşadılacaq", - deyə o bildirib.
Xatırladaq ki, 2025-ci il iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ iyunun 22-də münaqişəyə daxil olaraq İranın İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinə zərbələr endirib.
Oxşar xəbərlər
Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub
Dünyada aparılan genişmiqyaslı araşdırma passiv siqaret çəkmənin ciddi sağlamlıq riski olaraq qaldığını ortaya qoyub. BAKU.WS xəbər verir ki, "The Lancet" jurna...