SİZİN REKLAM BURADA!
055 213 76 73


Çex Respublikasındakı sirk tamaşalarında vəhşi heyvanlara təlim keçilməsi və səhnəciklərin hazırlanması qadağan ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "ekolist.cz" portalı yazıb.

Bu, yerli parlamentin alt palatası tərəfindən qəbul edilən qanunvericiliyə edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanunun qüvvəyə minməsi üçün dəyişikliklər Senat və Respublika Prezidenti tərəfindən də təsdiqlənməlidir.

"Deputatlar palatasının bu addımı atmasına çox sevindim. Vəhşi heyvanların sirklərdə istifadəsi, həqiqətən, 21-ci əsrdə baş verməməlidir", - deyə təşəbbüsün müəllifi Frantisek Vacha düzəlişlər üçüncü oxunuşdan keçdikdən sonra bildirib.

Qeyd edək ki, təlim qadağası istisnasız olaraq bütün vəhşi heyvan növlərinin yeni doğulmuş körpələrinə təsir edəcək və 2022-ci ildən etibarən qüvvəyə minəcək.

Hazırda Çex Respublikasında yalnız 2004-cü ildən sonra doğulmuş vəhşi heyvanların müəyyən növlərinin - primatlar, suitilər, digər suda yaşayanlar (delfinlər istisna olmaqla), kərgədan və zürafələrin əhliləşdirilməsi qadağandır.

Heyvan haqları fəalları artıq millət vəkilləri tərəfindən verilən qərarı alqışlayaraq bunu böyük uğur, planetin bütün sakinlərinin təbii hüquqlarını anlamaq və hörmət etmək kimi qiymətləndiriblər.

Yeri gəlmişkən, hələ 2018-ci ildə sorğuda iştirak edən 74 faiz vətəndaş sirk tamaşalarında hər cür vəhşi heyvandan istifadə edilməməsinin lehinə səs vermişdi.

BAKU.WS